ABŞ bu bölgəyə qoşun yeritdi
ABŞ Alyaska bölgəsinə qoşun yeridib.
BEY.AZ xəbər verir ki, ABŞ Rusiyanın Alyaska bölgəsində son vaxtlar artan hərbi fəaliyyətinə cavab olaraq belə qərar verib. Bildirilir ki, Rusiyanın Sakit və Şimal Buzlu okeanları başda olmaqla bir çox dəniz bölgəsini əhatə edən “Okean-24” hərbi təlimləri ABŞ-da narahatlıq doğurub. Həmçinin, Rusiya hərbi təyyarələrinin Alyaska sahillərində uçduğu müşahidə edilib. Buna görə də, ABŞ Rusiyanın həmləsinə cavab verib. ABŞ ordusu Alyaska yarımadasının cənub-qərbindəki Aleut adaları bölgəsinə mobil raket qurğuları ilə təchiz edilmiş təxminən 130 əsgər göndərib.
Qeyd edək ki, ABŞ-ın Müdafiə Nazirliyi Rusiyanın 8 hərbi təyyarəsi və 2-si sualtı qayıq olmaqla 4 donanma gəmisinin Alyaskaya yaxınlaşdığını, lakin onların ABŞ sərhədlərini pozmadığını bildirib.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |