ABŞ Çinin öhdəsinən gəlmək istəyirsə bunu etməlidir
ABŞ Çinin öhdəsinən daha asan gəlmək istəyirsə əvvəlcə Ukraynanın müharibədə qalib gəlməsini təmin etməlidir.
Metbuat.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq belə deyib. Yens Stoltenberq Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyası çəçrivəsində Xarici Əlaqələr Şurasının təşkil etdiyi paneldə iştirak edib. Şimali Amerika və Avropa regionlarının qlobal təhdidlərlə üzləşdiyini deyən Stoltenberq NATO-nun Avstraliya, Yeni Zelandiya və Yaponiya kimi ölkələrlə ortaqlıq qurduğunu, lakin bu, hərbi alyansın orada genişlənəcəyi anlamına gəlmədiyini bildirib.
“NATO regional ittifaq olaraq qalacaq. Bu o deməkdir ki, NATO Şimali Amerika və Avropanın ittifaqı olaraq qalacaq. Əgər genişlənmə olacaqsa, Avropa ölkələri ilə olacaq. NATO qlobal kollektiv müdafiə təşkilatı olmayacaq” – Stoltenberq deyib