fbpx

​ABŞ-da 65 milyondan çox vətəndaş erkən səs verdi



ABŞ-da noyabrın 5-də keçiriləcək prezident seçkiləri yaxınlaşarkən 65 milyondan çox vətəndaş erkən səs verib.

BEY.AZ xəbər verir ki, bu barədə Florida Universitetinin Seçki Laboratoriyası açıqlama verib. Açıqlamada onların 34 milyondan çoxunun birbaşa səs verdiyi, təxminən 31 milyon amerikalının isə poçt vasitəsilə erkən səs verdiyi bildirilib. 244 milyon seçicinin olduğu ABŞ-da 2020-ci il prezident seçkilərində 66,6 faizlik rekord fəallıq qeydə alınıb və 159 milyona yaxın insan səs verib.

Məlumata görə, bir çox ştatda erkən səsvermə seçki gününə qədər davam edəcək. Seçki məntəqəsinə gedərək verilən erkən səslər noyabrın 5-də verilən səslərlə birlikdə həmin gün sandıqlar bağlandıqdan sonra hesablanacaq.






ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin