ABŞ-da benzinin qiyməti tarixi maksimuma çatdı
BEY.AZ informasiya agentliyi xəbər verir
ABŞ-da benzinin qiyməti yenidən tarixi maksimumunu yeniləyərək bir qallon (3,785 litr) üçün 4,81 dollara çatıb.
Metbuat.az xarici KİV-lərə istinadla xəbər verir ki, ölkənin hazırkı prezidenti Co Bayden vəzifəyə gəldikdən sonra yanacağın qiyməti iki dəfə qalxıb.
Belə ki, iyunun 4-də ölkədə “Regular” markalı benzinin bir qallonunun qiyməti 4,8 dollara qalxıb, Baydenin andiçməsindən sonrakı ilk həftədə – keçən il yanvarın sonunda – bu rəqəm 2,39 dollar olub.
Kaliforniya ştatında benzinin bir qallonu 6,3 dollar səviyyəsinə qalxıb. Bu ölkə üzrə ən yeksək göstəricidir. Nevada, Arizona, Alyaska və Oreqonda da yanacağın qiyməti artmaqda davam edir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.