fbpx

ABŞ-da inanılmaz hadisə – Yardım fondundan 280 milyard dollar oğurlanıb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir



ABŞ-da koronavirus epidemiyası zamanı yardım fondundan 280 milyard dollardan çox vəsaitin oğurlandığı məlum olub.

Metbuat.az xəbər verir ki, araşdırmalara görə, 123 milyard dollardan çox vəsait isə israf edilib. ABŞ mətbuatı hadisəni “ölkə tarixindəki ən böyük fırıldaqçılıq” kimi qələmə verib. Oğurlanan pullar koronavirusla bağlı edilən ümumi yardımın 10 faizini təşkil edir. “Associated Press” ABŞ hökumətinin koronavirusla bağlı ümumilikdə 4,2 trilyon dollar yardım ayırdığını bildirib. Müstəntiqlər və ekspertlər hökuməti yardım üçün ayrılan vəsaitin epidemiyanın əvvəlində tez bölüşdürməyə çalışmaqda ittiham edir.

İddia edilir ki, yardım üçün müraciətlərdə bir neçə məhdudiyyət olub və ayrılan yardımlara nəzarət olmayıb. ABŞ-ın Ədliyyə Departamentinin direktor köməkçisi Mayk Qaldo, yardım fondunun oğurlanması ilə bağlı “Bu, görünməmiş fırıldaqdır” deyib.



Rüya tabirlerini burdan oku



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#ABŞda #inanılmaz #hadisə #Yardım #fondundan #milyard #dollar #oğurlanıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu