fbpx

ABŞ-dan Ərdoğanın Finlandiya və İsveçlə bağlı açıqlamasına şərh

BEY.AZ informasiya agentliyi xəbər verir


ABŞ rəhbərliyi İsveç və Finlandiyanın NATO-ya mümkün üzvlüyünə müsbət yanaşmayan Türkiyənin mövqeyini aydınlaşdırmağa çalışır.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Dövlət Departamentinin rəhbəri Entoni Blinkenin Almaniya və Fransaya gözlənilən səfərinə həsr olunmuş xüsusi brifinqdə jurnalistlərə deyib.

O, bu həftə sonu Almaniyanın paytaxtı Berlində NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısının keçiriləcəyini, Finlandiya və İsveçin xarici işlər nazirlərinin də dəvət olunduğunu xatırladaraq Türkiyənin mövqeyini aydınlaşdırmaq üçün çalışdıqlarını vurğulayıb.

Eyni zamanda K.Donfrid Türkiyənin mövqeyini şərh edərkən rəsmi Vaşinqtonun NATO-nun “açıq qapı” siyasətini, həmçinin Finlandiya və İsveçin Alyansa qoşulmaq niyyətini dəstəklədiyini bildirib.

Xatırladaq ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən ölkəsinin Finlandiya və İsveçin NATO-ya mümkün üzvlüyünə müsbət yanaşmadığını qeyd edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin