ABŞ-dan Çinə Şimali Koreya ilə bağlı çağırış
Çin Şimali Koreya üzərindəki təsirindən Pxenyanı gərginliyi azaltmaq və diplomatiyaya qayıtmaq üçün addımlar atmağa təşviq etmək üçün istifadə etməlidir.
Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib. O bildirib ki, Çin Şimali Koreyanı diplomatiyaya qayıtmaq üçün addımlar atmağa təşviq etmək üçün unikal mövqeyə sahibdir.
Miller, Vaşinqtonun Rusiya ilə Şimali Koreya arasında əməkdaşlığın güclənməsi ilə bağlı narahatlığına diqqət çəkərək, “Rusiya ilə Şimali Koreya arasındakı əlaqələrin artması, xüsusilə Şimali Koreyadan Rusiyaya və ya Rusiyadan Şimali Koreyaya mümkün silah tədarükündən narahatıq” deyə bildirib.