ABŞ-dan Patriot, Rusiyadan valyuta həmləsi
BEY.AZ informasiya agentliyi xəbər verir
Rusiyanın Ukraynaya müdaxiləsinin 14-cü günü Moskva və Vaşinqton yeni həmlələr edib.
Metbuat.az xəbər verir ki, ABŞ Polşaya iki ədəd Patriot hava hücumundan müdafiə sistemləri göndərəcəyini açıqlayıb. Müdafiə sistemləri yaxın saatlarda Polşaya qurularaq istifadəyə veriləcək. ABŞ, Polşaya qarşı xoşagəlməz halların qarşısını almaq üçün belə həmlə edib.
Rusiya isə Qərbin iqtisadi təzyiqinin öhdəsindən gəlmək üçün yeni qərarlar qəbul edib. Mərkəzi Bankın açıqlamasına görə, iqtisadi vəziyyət nəzərə alınaraq, mart ayının 9-dan sentyabr ayının 9-na qədər valyuta satışı dayandırılıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.