ABŞ Hərbi Hava Qüvvələrinin qırıcıları hərəkətə keçdi
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar İranın pilotsuz təyyarələrini zərərsizləşdirmək üçün İraq və İordaniya səmasındadır.
BEY.AZ xəbər verir ki, bu barədə “Əl-Qahirə Əl-İxbariya” portalı məlumat yayıb.
Qeyd edək ki, İranın İsrailə doğru pilotsuz uçan aparatları istiqamətləndirdiyini bildirən İsrail ordusu müdafiə sistemlərini döyüş hazırlığı vəziyyətinə gətirib, onlarla təyyarəni havaya qaldırıb və ABŞ ilə sıx koordinasiya qurulub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.