fbpx

ABŞ-ın ən böyük su şirkəti kiber hücuma məruz qaldı



ABŞ-ın “American Water” şirkəti kiberhücuma məruz qalıb.

BEY.AZ xəbər verir ki, ölkənin ən böyük şirkəti olan “American Water” 14 ştatda 14 milyondan çox insana içməli su və çirkab su xidmətləri göstərir. Nyu-Cersidə yerləşən şirkətin açıqlamasına görə, kiber hücumdan sonra qabaqlayıcı tədbirlər görülüb və bəzi qoruyucu addımlar atılıb. Hücumun şirkətə zərər vurmadığı güman edilir. Lakin xidmətdə çatışmazlıq olarsa, sakinlərdən xidmət haqqı alınmayacaq.Şirkət hücumdan sonra müvafiq qurumlara məlumat verib.

Qeyd edək ki, şirkət təxminən 1700 idarədə 500-dən çox çirkab su sistemini idarə edir.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin