fbpx

​ABŞ-ın təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəldi



ABŞ-ın “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisi yerləşəcəyi Yaxın Şərqə gəlib.

BEY.AZ xəbər verir ki, F-35C və F/A-18 Blok 3 qırıcı təyyarələri ilə təchiz edilən gəmini bir sıra hərbi gəmilər müşayət edib. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) açıqlamasında deyilir ki, “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisi ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına daxil olub.

Qeyd edək ki, Pentaqon İranın İsrailə qarşı mümkün cavab tədbirləri ərəfəsində Birləşmiş Ştatların Yaxın Şərqə əlavə hərbi qüvvələr yerləşdirəcəyini açıqlamışdı. Müdafiə naziri Lloyd Ostin ABŞ Mərkəzi Komandanlığına aid bölgəyə “USS Georgia” sualtı qayığını da göndərdiyini bildirib.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin