ABŞ-İran arasında məhbus mübadiləsinin vaxtı məlum oldu
BEY.AZ informasiya agentliyi xəbər verir
İran ABŞ-la məhbusların mübadiləsinin vaxtını müəyyən edib.
Metbuat.az xəbər verir ki, İran xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani açıqlamasında bildirib ki, proses iki ay müddətində başa çatmalıdır.
Kənani qeyd edib ki, İran və ABŞ arasında nə BMT Baş Assambleyasının iclası çərçivəsində, nə də başqa yerdə birbaşa dialoq planı yoxdur,
Məlumat üçün bildirək ki, İranla-ABŞ arasında baş tutan razılaşmaya əsasən, İranda saxlanılan 5 İran əsilli amerikalı ev dustaqlığına buraxılıb. ABŞ İranın dondurulmuş vəsaitinin humanitar sahələrdə istifadəsi üçün razılıq verilib. Bu razılaşma öz növbəsində bir çox ABŞ siyasətçiləri və xaricdə yaşayan iranlı müxaliflər tərəfindən də pislənilib. Onlar hesab edirlər ki, ABŞ hökumətinin bu addımı Tehranı başqa şəxsləri də girov götürmək üçün cəsarətləndirəcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#ABŞİran #arasında #məhbus #mübadiləsinin #vaxtı #məlum #oldu