ABŞ İsraili Qəzzada “evakuasiya əmrlərini” azaltmağa çağırdı
ABŞ administrasiyası İsraili Qəzzada insanları köçməyə məcbur edən “evakuasiya əmrlərini” azaltmağa çağırıb.
BEY.AZ xəbər verir ki, bu barədə ABŞ mediası iddia irəli sürüb. Yerli media ABŞ-ın İsraildəki səfirliyinin sızdırılmış sənədinə əsaslanaraq bildirib ki, ABŞ rəhbərliyi İsrail administrasiyasının kütləvi evakuasiya əmrlərinə etiraz edib. Bu barədə narahatlıq İsrail rəhbərliyinə çatdırılıb.
Xəbərdə ABŞ-ın İsraildəki səfirliyinin dövlət katibi Antoni Blinkenə teleqram göndərdiyi bildirilib. Sənəddə İsrail ordusunun daha çox hərəkət azadlığını təmin etmək üçün vaxtı keçmiş təxliyə əmrlərini ləğv etməsi, əhalinin təhlükəsiz hərəkətini təmin etmək üçün təxliyə əmrləri verildikdən azı 48 saat sonra əməliyyatları dayandırması və humanitar əraziləri qorumaqla davamlı əlçatanlığın təmin edilməsi kimi yüngülləşdirici tədbirlər qeyd edilir.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |