ABŞ-li alimlər ömrü uzatmağın sadə yolunu tapıblar
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Yumurta yemək xolesterol səviyyəsini normallaşdırmağa kömək edir və ömrü uzadır.
Bu qənaətə Konnektikut Amerika Universitetinin mütəxəssisləri gəliblər.
Tədqiqatda 18-30 yaş arası insanlar iştirak ediblər. İki həftə ərzində hər gün üç toyuq yumurtası yeyiblər. Təcrübənin nəticəsi gözlənilməz olub: yumurta yemək qanda xolesterinin səviyyəsini normallaşdırmağa kömək edir. Normal xolesterin isə aterosklerozun inkişafına mane olur.
Bundan əlavə, yumurta yeyən insanlarda antioksidantların və iltihab əleyhinə molekulların səviyyəsi artıb.
Mənbə: Rambler