ABŞ ordusu Husilərin raket sistemini məhv etdi
ABŞ Mərkəzi Komandanlığı qüvvələri Yəməndə Ənsar Allah hərəkatının nəzarətində olan ərazilərə zərbələr endirib.
BEY.AZ xarici mediaya istinadən xəbər verir ki, Husilərə məxsus raket sisteminin məhv edildiyi iddia edilir.
ABŞ ordusu hesab edir ki, hərəkat ABŞ və koalisiya qüvvələrini, eləcə də regiondakı ticarət gəmilərini təhdid edib.
Husilər İsraillə müharibədə Fələstinin Həmas hərəkatını dəstəkləyir. Onlar Qırmızı dənizdə, Ədən körfəzində və Bab əl-Məndeb boğazında ABŞ, Böyük Britaniya və İsraillə əlaqəli gəmilərə qarşı hücumlar həyata keçirirlər. Amerika və Britaniya hərbçiləri 2024-cü ilin əvvəlindən Yəməndə husilərin mövqelərinə zərbələr endirir.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |