fbpx

ABŞ Putini “salam verilməz adam” statusuna salmaq istəyir

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


ABŞ Rusiya lideri Putini qəzəbləndirən qanun layihəsini təsdiqləyib.

Metbuat.az xəbər verir ki, ABŞ Senatı tərəfindən qəbul edilən yeni qanun layihəsində Rusiya prezidenti Vladimir Putin “müharibə cinayətkarı” kimi xarakterizə olunub. Rusiyanın Ukraynada törətdiyi iddia edilən hərbi cinayətlərin araşdırılmasını nəzərdə tutan bu qanunun qətnaməsi respublikaçı senator Lindsi Qrem tərəfindən təklif edilib və yekdilliklə qəbul olunub.

Bu qətnaməyə münasibət bildirən siyasi şərhçi Şahin Cəfərli bildirdi ki, qərar administrasiya üçün hüquqi məcburiyyət yaratmasa da, demokrat və respublikaçılar tərəfindən yekdilliklə qəbul olunması önəmli faktdır. Çünki heç bir ABŞ hökuməti bunu gözardı edə bilməz.

Rüya tabirlerini burdan oku


“Ümumiyyətlə konqresdə yekdillik çox nadir rast gəlinən hadisədir. Məhz bu addım ilə Putin müasir dünya tərəfindən təcrid edilir, küncə sıxışdırılır və “salam verilməz adam” statusuna endirilir”.

Türkiyənin hərb tarixi mütəxəssisi, professor Məsut Uyar “müharibə cinayətkarı” anlayışını şərh edərək bildirdi ki, gərginlik zamanı mülki hədəflər vurulduğu, qadağan olunmuş silah və sursatdan istifadə edildiyi təqdirdə bu artıq cinayətkar statusu almağa kifayət edir. Xüsusilə də müharibədə mülki şəxslərlə pis rəftar edilməsi də “müharibə cinayətkarı” anlayışının tərkib hissəsinə daxildir. Uyar bildirib ki, Rusiya bəzi xəstəxanaların hərbi məqsədlər üçün istifadə edildiyini iddia edirsə o bu iddianı sübut etməlidir.

“Ruhi dispanserlər də daxil olmaqla, bütün sağlamlıq müəssisələri hərbi hədəf siyahısından kənardadır. Mülki vətəndaşların olduğu ərazilər müdafiə məqsədləri üçün istifadə edilən hərbi hədəflərin xaricindədir. Əgər ətrafında mülki əhali yaşayırsa bu siyahıya anbarlar, nüvə stansiyaları və transformatorlar da daxildir. Çünki müharibə zamanı partlayış baş verdiyi təqdirdə böyük dağıntılara səbəb ola bilər. Hazırda Ukraynada baş verənləri həm özəl təşkilatlar, həm də digər dövlət qurumları yaxından izləyirlər. Onlar baş verənləri lentə alır, fotoşəkillərini çəkirlər. İstisna deyil ki, bunların hamısı Rusiyaya qarşı istifadə olunmasın”, – deyə Uyar bildirib.

Gülbəniz Hüseynli / Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu