ABŞ-Rusiya gərginliyi məzənnənin ucuzlaşmasını sürətləndirir
BEY MEDIA İnformasiya agenti xəbər verir
“Rusiya Qərb münasibətlərinin gərginləşməsi rublun məzənnəsinə də təsirsiz ötüşmür. Bir ay öncə 1 dollar almaq üçün 73.2 rubl ödəmək lazım idisə, indi bu rəqəm 77.7-dək dəyişib. Bu o deməkdir ki, Rusiya valyutası son 1 ayda 6 faizə yaxın dəyər itirib”.
Bu açıqlamanı Metbuat.az-a millət vəkili Vüqar Bayramov edib. Onun sözlərinə görə, hələlik, Moskva birjalarında ciddi volatillik müşahidə olunmasa da şimal qonşumuzun valyuta bazarındakı proseslər birbaşa Vaşinqtonda qəbul olunan qərarlardan asılı olacaq.
“Birləşmiş Ştatların Rusiyaya qarşı yeni sanksiyalar paketi tətbiq etdiyi halda bu rublun məzənnəsindəki zəifləmləri daha da sürətləndirəcək. Bununla belə, əgər tərəflər gərginliyi diplomatik yollar ilə həll edərsə o halda rublun məzənnəsi mövcud intervalda dəyişəcək. Rusiya Azərbaycanın 2.7 milyard dollarlıq qeyri-neft ixracatında ən böyük tərəfdaşımızdır. Neftdən kənar ümumi ixracatın 32 faizi şimal qonşumuzun payına düşür. Rublun məzənnəsinin zəifləməsi Azərbaycanın qeyri-neft məhsullarının şimal qonşumuzun bazarlarında bahalaşdıra bilər. Rubl daha böyük dəyər itirəcəyi halda bu əksər MDB ölkələrinin valyutalarına psixoloji təsir göstərəcək”.
Qeyd edək ki, Moskva birjalarında Vaşinqtondan gələcək xəbərləri izləyirlər. Ağ Evdə isə hələlik sakitlikdir.
Gülbəniz Hüseynli / Metbuat.az
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.