ABŞ Rusiyaya yeni sanksiyalar tətbiq edəcək
ABŞ Rusiyaya yeni sanksiyalar tətbiq edəcək.
BEY.AZ xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Janet Yellen Beynəlxalq Valyuta Fondu və Dünya Bankının illik toplantıları çərçivəsində keçirdiyi mətbuat konfransında açıqlama verib. O, bildirib ki, yeni sanksiyalar Rusiyaya, o cümlədən Rusiyaya hərbi baxımdan dəstək verən üçüncü ölkələrdəki vasitəçilərə qarşı olacaq. Yellen həmçinin ABŞ-ın Yaxın Şərqdəki münaqişələrə cavab olaraq əlində olan bütün vasitələrdən istifadə etdiyini bildirib.
Onun sözlərinə görə, İranın İsrailə hücumuna cavab olaraq İrana təzyiqi artırmaq üçün əlavə addımlar atılıb. Yellen, Qəzzaya yardım axınını təmin etmək üçün çalışdıqlarını, ekstremist israilli məskunlaşanlara qarşı sanksiyalar tətbiq etdiklərini və Fələstin banklarının əlaqələrini davam etdirməsi üçün İsrailə təzyiq etdiklərini açıqlayıb.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |