fbpx

ABŞ səfirliyi jurnalistə hücumla bağlı bəyanat yaydı

BEY.AZ informasiya agentliyi xəbər verir


ABŞ-ın Azərbaycandakı səfirliyi jurnalist Aytən Məmmədovaya edilən hücumu pisləyib.

Metbuat.az xəbər verir ki, səfirliyin hadisə ilə bağlı yayılan bəyanatında deyilir:

“Bu hücum Bakıda Ümumdünya Mətbuat Azadlığı Gününün qeyd olunmasından cəmi bir həftə sonra baş verib. Biz işi diqqətlə izləyirik və səlahiyyətli şəxsləri istintaq aparmağa və məsul şəxsləri məsuliyyətə cəlb etməyə çağırırıq”.

Qeyd edək ki, Aytən Məmmədova yaşadığı binanın blokunda tanımadığı şəxsin bıçaqlı hücumuna məruz qalıb.

Jurnalistə qarşı hərəkətlərdə Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsinin tərkib əlamətləri olduğundan fakta görə Binəqədi RPİ İstintaq şöbəsində cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri əməliyyat-axtarış, əməliyyat-istintaq hərəkətləri davam etdirilir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin