fbpx

ABŞ Şimali Makedoniyanın Avropa Birliyinə üzvlüyünü dəstəklədi

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


ABŞ-ın Dövlət Departamenti Şimali Makedoniyanın Avropa Birliyinə üzvlüyünü dəstəklədiyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib. O bildirib ki, ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonda Şimali Makedoniyanın baş naziri Dmitar Kovaçevski və xarici işlər naziri Bujar Osmani ilə görüşüb.

“Nazir Blinken və baş nazir Kovaçevski ABŞ-ın Şimali Makedoniyanın Avropa Birliyinə üzvlüyünə güclü dəstəyini və Şimali Makedoniyanın Balkan regionu üçün əhəmiyyətini vurğuladılar”, – Miller açıqlamasında bildirib.

Rüya tabirlerini burdan oku

Blinken Şimali Makedoniyanın Balkan regionunda sülh və sabitliyə verdiyi töhfənin əhəmiyyətini vurğulayaraq, ABŞ və Şimali Makedoniya arasında güclü əməkdaşlıq və ikitərəfli münasibətlərin əhəmiyyətini qeyd edib.

Qeyd edək ki, Antoni Blinken sosial mediada “Müttəfiqimiz Şimali Makedoniyanın Avropa Birliyinə üzvlük və enerji diversifikasiyası səylərini dəstəkləmək üçün Baş nazir Dkovaçevskini Vaşinqtonda qəbul etməkdən məmnun oldum” sözlərini yazıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#ABŞ #Şimali #Makedoniyanın #Avropa #Birliyinə #üzvlüyünü #dəstəklədi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu