ABŞ Təhlükəsizlik Şurasına islahat təklif etdi
Vaşinqton administrasiyası Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında islahat aparılmasını təklif edib.
BEY.AZ xəbər verir ki, ABŞ Afrika qitəsindən iki ölkənin BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi iştirakını dəstəkləyib. Lakin Vaşinqton administrasiyası bu ölkələrin veto hüququna malik olmasını istəmir. Yüksək rütbəli ABŞ rəsmisinin açıqlamasına görə, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild iclasda ölkəsinin BMT Təhlükəsizlik Şurasında islahatlara baxışını açıqlayacaq. ABŞ rəsmisi qeyd edib ki, BMT Təhlükəsizlik Şurasında veto hüququnun genişləndirilməsi məsələlərin həllini daha çətinləşdirəcək.
ABŞ BMT Təhlükəsizlik Şurasında Hindistan, Almaniya, Yaponiya, Latın Amerikası və Karib hövzəsi ölkələrinin də təmsil hüquqlarının genişləndirilməsini və kiçik ada ölkələrinin Təhlükəsizlik Şurasına üzv olmasını istəyir.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |