ABŞ Tayvana 619 milyon dollarlıq raket satır
BEY.AZ informasiya agentliyi xəbər verir
ABŞ Çinlə suverenlik münaqişəsində olan Tayvana F-16 döyüş təyyarələrində istifadə edilən 619 milyon dollarlıq raketlərin satışını təsdiqləyib.
Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti açıqlama verib. Bildirilib ki, Tayvana 100 ədəd “AGM-88B HARM” tipli radar əleyhinə 100raket və “AMRAAM” tipli 200 ədəd hava-hava raketinin satışına icazə verilib. Ümumilikdə 619 milyon dollara başa gələcək satışın Tayvanın hava hücumundan müdafiə qabiliyyətini, regional təhlükəsizliyini və ABŞ ilə birgə əməliyyat qabiliyyətini artıracağı vurğulanıb. Qeyd edək ki, F-16 döyüş təyyarələrində istifadə edilən raket və avadanlıqlar ABŞ-ın müdafiə şirkətləri “Raytheon” və “Lockheed Martin” tərəfindən istehsal olunur.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#ABŞ #Tayvana #milyon #dollarlıq #raket #satır