fbpx

ABŞ Türkiyəyə çağırış etdi

BEY.AZ informasiya agentliyi xəbər verir


ABŞ rəsmiləri türkiyəli həmkarları ilə məsləhətləşmələr zamanı Ankaranın S-400 zenit-raket komplekslərinin Kiyevə təhvil verilməsi ehtimalına toxunublar. Buna baxmayaraq, rəsmi olaraq belə təklif irəli sürülməyib.

Metbuat.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Analitiklərin fikrincə, “bu ideya Türkiyə tərəfindən şübhəsiz ki, rədd ediləcək”. Agentliyin mənbələri qeyd ediblər ki, bu variant bir sıra səbəblərə görə, o cümlədən, Ankaranın Moskva ilə münasibətləri pozmaq istəməməsi səbəbindən Türkiyə tərəfi üçün qəbuledilməzdir.

Agentlik, həmçinin bildirir ki, ABŞ rəsmiləri son həftələrdə Ankara ilə “gərginləşmiş münasibətləri yaxşılaşdırmaq” və Türkiyəni Vaşinqtonun orbitinə qaytarmaq üçün səylərini artırıblar. Bununla belə, bu sahədə konkret təkliflər hələ ki hazırlanmayıb.

Xatırladaq ki, Rusiya və Türkiyə 2017-ci ildə Moskvadan Ankaraya S-400 hava hücumundan müdafiə sistemlərinin tədarükünə dair müqavilə imzalayıb. Türkiyə bu sistemləri Rusiyadan alan ilk NATO ölkəsidir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin