fbpx

ABŞ Ukraynaya 700 milyon dollardan çox yardım ayıracaq

Rüya Yorumları burda


ABŞ Ukraynaya 700 milyon dollardan çox yardım edəcək.

BEY.AZ xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken ölkəsinin Ukraynaya müxtəlif sahələrdə ümumilikdə 717 milyon dollar yardım edəcəyini bildirib.

Ukraynanın xarici işlər naziri Andriy Sbiqa 4-cü Krım Platforması Liderlər Sammitində iştirak etmək üçün Kiyevdə səfərdə olan ABŞ dövlət katibi Antoni Blinken və Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ilə birgə mətbuat konfransı keçirib.

Görüş zamanı Ukraynanın uzaqmənzilli silahlardan istifadə tələbi müzakirə olunub.

Ukraynanın xarici işlər naziri həmçinin Ukrayna ordusu üçün yerli istehsalın artırılmasının və onun silahlarının alınmasına sərmayə qoyulmasının vacibliyini vurğulayıb.

Rüya tabirlerini burdan oku

Ukrayna liderləri ilə Qərb ölkələrinin verdiyi uzaqmənzilli silahlardan istifadə üçün Ukraynanın tələb etdiyi icazə məsələsini müzakirə etdiklərini qeyd edən Blinken bu məlumatı ABŞ prezidenti Co Baydenə çatdıracağını bildirib.




ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu