ABŞ Ukraynaya beşinci nəsil döyüş təyyarələri verə bilər
BEY.AZ informasiya agentliyi xəbər verir
ABŞ Ukraynanı beşinci nəsil döyüş təyyarələri ilə
təchiz etmək imkanını nəzərdən keçirir.
Metbuat.az xəbər verir ki, ABŞ dövlət
katibinin müavini Viktoriya Nuland belə açıqlama verib. O bildirib ki, hazırda
ABŞ adminstrasiyası qəti qərar verməsə də, bəzi rəsmilər bunun tərəfdarıdır. Həmçinin,
ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Ukraynaya təhlükəsizlik
üçün əlavə 2 milyard dollar yardım göndəriləcəyini deyib.
Qeyd edək ki, Ukrayna
ABŞ-dan F-16 təyyarələri tələb edib. Bir sıra Qərb ölkələri Ukraynaya döyüş
təyyarələri verə biləcəyini açıqlayıb. İtaliya isə bu barədə planının
olmadığını qeyd edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#ABŞ #Ukraynaya #beşinci #nəsil #döyüş #təyyarələri #verə #bilər