ABŞ Ukraynaya daha 33 milyard dollar ayıra bilər
BEY.AZ informasiya agentliyi xəbər verir
ABŞ prezidenti Co Bayden Ukraynaya əlavə 33 milyard dollar dəstəyin təsdiqlənməsi üçün Senata müraciət edib. Bu, Kiyevə hərbi və humanitar yardıma yönələcək.
Metbuat.az xəbər verir ki, bayden bunu aprelin 28-də etdiyi müraciətdə deyib.
“Bu gün mən Senata əlavə sorğu göndərirəm ki, biz Ukraynaya mühüm hərbi ləvazimatlar göndərməyə davam edə bilək. Əlavə maliyyə vacib olan günlər, həftələ və aylar ərzində Ukraynanın hərbi ehtiyaclarına yönəldiləcək”.
ABŞ prezidentinin sözlərinə görə, əlavə yardım Ukraynaya Rusiyanın təcavüzünə qarşı müqaviməti davam etdirməyə imkan verəcək – xüsusən, artilleriya, zirehli texnika və tank əleyhinə sistemlər tədarük ediləcək.
Amerikanın CNN telekanalının daha əvvəl yaydığı məlumata görə, bu, 33 milyard dollarlıq yardım paketi olacaq. Bunlardan 20 milyardı Ukrayna ordusu üçün silah və texnikanın alınmasına, 8,5 milyardı birbaşa iqtisadi dəstək üçün, digər 3 milyardı isə humanitar və ərzaq məqsədləri üçün ayrılacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.