fbpx

ABŞ-yə qeyri-neft məhsulları ixracı artıb

Rüya Yorumları burda


2024-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında ticarət dövriyyəsi 436 milyon 484 min ABŞ dolları təşkil edib.

BEY.AZ-ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 73% və ya 184 milyon 187 min ABŞ dolları artıb.

Hesabat dövründə Azərbaycandan ABŞ-a qeyri-neft məhsulları ixracı 31.8 dəfə artaraq 164 milyon 482 min dollara, ABŞ-dən Azərbaycana ixrac isə 10% artaraq 272 milyon dollara bərabər olub.

Qeyd edək ki, 2024-cü ilin I yarısında Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi, ölkənin ümumi ticarət dövriyyəsinin 2%-nə bərabər olub.

Xatırladaq ki, cari ilin I yarısında Azərbaycanın ticarət dövriyyəsi 21 milyard 768,2 milyon ABŞ dolları, qeyri-neft ixracı isə 1 milyard 596 milyon ABŞ dolları təşkil edib.



Rüya tabirlerini burdan oku




MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu