fbpx

“Abşeron” yatağından bu il nə qədər qaz hasil edilib?

Rüya Yorumları burda


Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 25,1 milyard kubmetr təbii qaz hasil edilib.

Energetika Nazirliyindən BEY.AZ-a verilən məlumata görə, qazın 6,5 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” blokundan, 14 milyard kubmetri “Şahdəniz” yatağından, 0,8 milyard kubmetri “Abşeron” yatağından, 3,8 milyard kubmetri SOCAR üzrə hasil olunub.

“Ötən ilin müvafiq dövrünə nisbətən qaz hasilatında təqribən 1 milyard kubmetr, yəni 4,3 faiz artım qeydə alınıb”, – məlumatda qeyd olunur.

Məlumata görə, hesabat dövründə xaricə qaz satışı təxminən 12,7 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 6 faiz çoxdur. Cari ilin yanvar-iyun aylarında Türkiyəyə təqribən 5 milyard kubmetr, Avropaya təqribən 6,4 milyard kubmetr, Gürcüstana isə 1,3 milyard kubmetr qaz satılıb. Qeyd edək ki, Türkiyəyə TANAP kəməri ilə bu müddətdə 2,8 milyard kubmetr qaz nəql olunub.



Rüya tabirlerini burdan oku




MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu