fbpx

Abşeronda “Atadan Oğula: Böyük Zəfər Yolu” kitabının təqdimatı keçirildi



Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi “Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyinin təşkilatçılığı ilə Abşeron Rayonu Heydər Əliyev Mərkəzində “Atadan Oğula: Böyük Zəfər Yolu” Kitabının təqdimatı keçirilib.



BEY.AZ xəbər verir ki, təqdimat mərasimində Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, Millət vəkili Elman Nəsirov, “Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyinin sədri, Abşeron Rayon İcra Hakimiyyəti Yanında İctimai Şuranın fəal üzvü, “Atadan Oğula: Böyük Zəfər Yolu” Kitabının ideya müəllifi və tərtibçisi Zamin Zeynal, “Dayaq” Təşkilatının sədr müavini Məcid Məmmədov, Gənc təşkilat sədri Məhəmməd Məmmədov, Azərbaycan Qadınları Respublika Cəmiyyətinin sədri Bahar Qasımova, Azərbaycan “Fitoterapevtlər” cəmiyyətinin sədri Məlahət Qəhrəmanova, QHT sədri Yasəmən Qəyyumlu, Abşeron Rayon İcra Hakimiyyəti Yanında İctimai şuranın sədri, şəhid anası Xatirə İsmayılova, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Elşad Daşdəmirov, Salyan Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyyə şöbəsinin müdiri İlqar Ağabəyov və digər ictimai-siyasi fəal şəxslər iştirak edərək çıxış ediblər.



Çıxış edənlər “Atadan Oğula: Böyük Zəfər Yolu” Kitabının əsas məzmun və mahiyyəti nə diqqət çəkərək bildiriblər ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm təməllər üzərində qurulmuş dövlətçilik strategiyası, milli, vətənpərvərlik ruhunda dövlətə və vətənə xidmət yolu, bu gün onun siyasi kursunun layiqli davamçısı qalib Prezident, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Natiqlər deyiblər ki, 8 noyabr 2020 -ci il ölkəmizin Zəfər tarixində xüsusi tarixi əhəmiyyətə malikdir. Bu tarixi qələbə zəfəri ilə xalqımız qalib xalq olaraq dünyada öz layiqli yerini tutmuşdur. Xalq-iqtidar biliyi illə 30 illik torpaq həsrətinə son qoyulmuş, əzəli, əbədi sahibi olduğumuz Qarabağ torpaqlarını düşmən işğalından azad olunmuşdur.
Bu tarixi zəfərin təbliği və təşviqi baxımdan belə bir kitabın ərsəyə gəlməsi Qarabağ zəfərinə ziyalı və vətəndaş mövqeyinin ən parlaq nümunəsidir.



Təqdimat mərasimində “Atadan Oğula: Böyük Zəfər Yolu” Kitabının ideya müəllifi və Tərtibçisi Zamin Zeynal geniş məzmunlu çıxışında qeyd edib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsas qoyulan dövlətçiliyə sədaqət və milli vətənpərvərlik yolu bu gün onun layiqli varisi, ata vəsiyyətini şərəflə yerinə yetirən Qalib Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir.

Zamin Zeynal onu da xüsusi olaraq vurğulayıb ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin düşmənin başına endirdiyi dəmir yumuruq, Şəhidlərimizin canlarını fəda etdiyi, qazilərimizin sağlamlığını itirdiyi tarixən Azərbaycan xalıqına məxsus olan torpaqlarımız 44 günlük Vətən müharibəsi nəticəsində erməni qəsbkarlarından geri almışdır.
Qazanılmış tarixi qələbə zəfəri bir Azərbaycan vətəndaşı kimi onuda qürurlandıraraq ziyalı vətəndaş mövqeyini ideya müəllifi olduğu bu kitabı nəşr etdirməyə etməyə sövq edib.
Birlik sədri onu da bildirib ki, Zəfər bayramı ərəfəsində gündən-günə çiçəklənən, Beynəlxalq miqyasda söz sahibinə çevirilən müstəqil, suveren Azərbaycanın Vətəndaş cəmiyyəti və media təmsilçisi olaraq ideya müəllifi və tərtibçisi olduğu, dəyərli Azərbaycan zialılarının zəfər ruhlu fikr və düşüncələrinin yer aldığı “Atadan Oğula: Böyük Zəfər Yolu” kitabının təqdimatının keçirilməsi qarşıdan gələn xalqımızın Zəfər bayramına mill vətənpərvərlik əzmində vətəndaş cəmiyyəti töhvəsidir.






ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin