fbpx

Acqarına qəbul edilməsi təhlükəli olan qidalar

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Məsləhət görülməyən qida məhsullarının ac qarına qəbul edilməsi 2-ci tip şəkərli diabet və ya ürək-damar sisteminin işində patoloji dəyişiklərə səbəb ola bilər.

Metbuat.az AZƏRTAC-a istinadən xəbər verir ki, terapevt və qastroenteroloq Aleksandra Yakovleva müsahibəsində acqarına istifadə edilməsi qəti məsləhət görülməyən qida məhsulları barədə danışıb. Xüsusilə, o qeyd edib ki, boş, qida ilə doldurulmamış mədə kofein almamalıdır.

“Yuxudan oyanandan sonra acqarına qəbul edilən bir fincan qəhvə xoşagəlməz fəsadlara gətirib çıxara bilər, çünki mədədə xlorid turşusu istehsalını stimullaşdırır və selikli qişanı qıcıqlandırır”, – deyə Yakovleva izah edib.

Rüya tabirlerini burdan oku

Bundan başqa, un məhsulları, xüsusilə, sənaye istehsalı un məhsulları, acqarına istehlak edilmək üçün təhlükəlidir. Mağazadan alınan çörəklər, tostların tərkibində yüksək dozada şəkər, transyağlar ola bilər. Qəbul edildikdən sonra belə qida məhsulları qanda şəkəri kəskin şəkildə artırır, insulin ifrazını çoxaldır. Mütəmadi olaraq səhərlərin bu cür qida məhsulları ilə başlanması çəkidə artım, prediabet və 2-ci tip şəkərli diabetə səbəb ola bilər.

“Enerji dəyəri baxımından dənli bitkilər, müsli və quru yeməklər zərərli hesab olunur”, – deyə Yakovleva əlavə edib.

Bundan əlavə, səhər yeməyində təzə sıxılmış şirələr, çiy tərəvəz və meyvələrə yer yoxdur, – deyə həkim izah edib. Bu qida məhsulları və içkilər turşular, şəkər və qaba liflə zəngindir – acqarına istehlak edildikdə, bütün bunlar mədə-bağırsaq traktının zərif toxuması üçün təhlükəli olur, insanı qastrit, mədə xorası, qıcqırmaya meylli edir.

Fermentləşdirilmiş süd məmulatları da acqarına yeyildikdə təhlükəlidir. Yakovleva xatırladıb ki, bu cür qida məhsulları həzm traktında faydalı bakteriyaların fəaliyyətini stimullaşdırır, lakin bu, mədədə müəyyən qidaların olması şərtilə baş verir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Acqarına #qəbul #edilməsi #təhlükəli #olan #qidalar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu