fbpx

Acqarına yeyilməsi narahatlıq doğuran qidalar

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir



Gündəlik rasionumuzda elə qidalar var ki, onları acqarına qəbul etmək olmaz, çünki bəzi məhsulların yeyilməsi boş mədədə bir çox problemlərin yaranmasına səbəb ola bilər. Məsələn, çox vaxt səhər oyanan kimi bir fincan qəhvə içib günə enerjili başladığını düşünənlər var. Mütəxəssislər isə acqarına qəhvə içməyin yolverilməz olduğunu deyirlər.

Metbuat.az xəbər verir ki, həkim-fitoterapevt Fizuli Hüseynov bu barədə AZƏRTAC-a deyib: “Qəhvənin tərkibindəki kofein həddindən artıq sürətlə qandakı şəkəri qaldırır və bunun nəticəsində orqanizmdə gələcək problemlərin yaranmasına və gün ərzində susuzluqdan, baş ağrısından əziyyət çəkməyə səbəb olur. Az müddətdə alınan enerjiyə aldanıb acqarına qəhvə içmək məsləhət görülmür”.

Onun dediyinə görə, vitamin deposu adlandırılan meyvələr də boş mədəyə düşəndə fayda vermir: “Bəzi meyvələrin tərkibində həddindən artıq turşuluq olduğuna görə mədə problemi olanlarda narahatlıq yaradır. Mədəsində problem olmayanlarda isə turşuluğun səviyyəsini qaldırdığına görə qastritə və allergiyalara səbəb ola bilər. Belə tərəvəzlərə pomidoru da aid etmək olar, çünki onun da tərkibinin turşuluğu eyni reaksiyanı göstərə bilər. Məhz həmin keyfiyyətinə görə səhər acqarına onun da qəbul edilməsi zərərli nəticələrə səbəb olar”.

Acqarına mövsümi meyvələrdən olan xurmanın qəbulu da məsləhət deyil. Bundan başqa mayalı-xəmirli şirniyyatlar aclığı yatırsa da, mədədə şişkinliyə və köklüyə səbəb olur. Hazır səhər yeməkləri və fast-fudların da acqarına yeyilməsi həzm sistemində pozuntulara, immun sisteminin zəifləməsinə aparıb çıxarır.



Rüya tabirlerini burdan oku



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Acqarına #yeyilməsi #narahatlıq #doğuran #qidalar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu