Acun Ilıcalının Bakıda 1 saatlıq çıxışı tənqid edildi
Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur iş adamı, TV8 kanalının rəhbəri, aparıcı-prodüser Acun Ilıcalının dünən Bakıda keçirilən “İnnovativ inkişaf və fürsətlər” adlı seminarda iştirak edib.
BEY.AZ xəbər verir ki, bilet qiyməti 40-490 manat olan seminardan iştirakçılar narazı qayıdıb.
Belə ki, sosial şəbəkələrdə iş adamının 1 saatlıq çıxışında inkişafdan daha çox operatoru ilə yaşadığı gülməli hadisələri danışması, keçmiş videoları yayımlası, gülməli hadisələrdən danışması tənqidlərə səbəb olub.
“İnnovativ inkişaf və fürsətlər” adlı seminara gələnlər motivasiya alacaqlarını, varlanmağın, yaxşı pul qazanmağın, biznes sahibi olmağın yolları barədə məlumatlanacağını zənn etsələr də, gözləntilər özünü doğrultmayıb.