Adı parkinq qalmaqalında hallanan Şəfiqə Məmmədova KİMDİR?
BEY.AZ informasiya agentliyi xəbər verir
Xəbər verdiyimiz kimi, dünən Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi, parklanma yerinin yaradılması və bunun nəticəsi kimi piyada səkisinin daraldılması barədə məlumatlar yayılmışdı. Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən məsələ ilə bağlı müvafiq araşdırmalara başlanılıb. Araşdırmalarla məlum olub ki, qanunsuz parklanma Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən yaradılıb.
Metbuat.az xəbər verir ki, 2012-ci ildə yeni yaradılmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri isə aktrisa Şəfiqə Məmmədovdır.
Şəfiqə Haşım qızı Məmmədovanın dosyesini təqdim edirik:
Şəfiqə Məmmədova 1945-ci ilin 30 mart tarixində Dərbənd şəhərində anadan olub. 1968- ci ildə ali təhsilini Azərbaycan Dövlət Teatr İnstitutunun Musiqili Komediya aktyorluq fakültəsində alıb.
Biz izləyicilər isə Şəfiqə Məmmədovanı Uilyam Şekspirin “Hamlet” (Gertruda), Aleksandr Şirvanzadənin “Nakam qız” (Sona), Lev Tolstoyun “Canlı meyit” (Maşa), Çingiz Aytmatovun “Ana torpağı” (Cenşengülün arvadı), Hüseyn Cavidin “Xəyyam” (Sevda), Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” (Pırpız Sona), Fridrix Şillerin “Məkr və məhəbbət” (Ledi Milford), Yucin O’Nilin “Qızıl” (Süzen) faciələrində, İlyas Əfəndiyevin “Bağlardan gələn səs” (Gülcan), “Mənim günahım” (Nurcahan), “Məhv olmuş gündəliklər” (Anjel), Bəxtiyar Vahabzadənin “Yağışdan sonra” (Nihal), İmran Qasımovun “Nağıl başlananda” (Tahirə) lirik-psixoloji dramlarında, Mirzə İbrahimovun “Bəşərin komediyası və ya Don Juan” (Teadora), Maksim Qorkinin “Meşşanlar” (Yelena Nikolayevna), Səməd Vurğunun “İnsan” (Nataşa), Raço Stoyanovun “Qısqanc ürəklər” (Milkana), Cəfər Cabbarlının “Aydın” (Gültəkin), Nikolay Poqodinin “Zamanın hökmü” (İrina), Əkrəm Əylislinin “Yastı təpə” (Bəyaz) pyeslərində cazibədar səhnə obrazlarından tanıyırıq.
Qaraca Qız” (Pəricahan xanım)
Həmçinin aktirası “məşhur Qaraca Qız” (Pəricahan xanım), “Dədə Qorqud” (Burla xatun), “İstintaq” (Gülya), “Bizim Cəbiş müəllim” (Cəbişin arvadı), “Ad günü” (Fəridə), “Çarvadarların izi ilə” (Səriyyə) bədii filmlərinə də çəklib.
Şəfiqə əmmədova Anarın “Şəhərin yay günləri” pyesinin tamaşasındakı Dilarə roluna görə Azərbaycan Dövlət mükafatına (1980), Rasim Ocaqovun çəkdiyi “İstintaq” filmindəki müstəntiqin arvadı obrazına görə isə SSRİ Dövlət mükafatına (1981) layiq görülüb.
Aktrisa 1974 -cü ildə “Azərbaycanın əməkdar artisti”, 1982-ci ildə “Azərbaycan SSR xalq artisti”, 2013-cü ildə “Şərəf” ordeni”, 2018-ci ildə “Cəfər Cabbarlı mükafatı” və 2020-ci ildə isə “I dərəcəli “Əmək” ordeni” qazanıb.
“Bizim Cəbiş müəllim” (Cəbişin arvadı)
1980-ci illərdə aktrisa teatrdan uzaqlaşaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (keçmiş Teatr İnstitutu) pedaqoji fəaliyyətə başlayıb. 1995–2000-ci illərdə Azərbaycan Respublikası I çağırış Milli Məclisinun deputatı olub.
Qeyd edək ki, Şəfiqə Məmmədovanın qardaşı Məmməd Məmmədov da aktyor olub. “Azərbaycanfilm” Kinostudiyasının ekranlaşdırdığı bir neçə filmdə (“Asif, Vasif, Ağasif”, “Burulğan” və s.) rolları ifa edib. Şəfiqə Məmmədova Azərbaycanın görkəmli teatr rejissoru Mehdi Məmmədovun həyat yoldaşı olub. Mehdi Məmmədovla birgə nikahından Ülvi adlı oğlu var. Ülvi Mehdi də valideynlərinin sənət ömrünü davam etdirir. Kinossenarist kimi fəaliyyət göstərir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.