fbpx

Adnan Oktarla evlənən qadınlardan DƏHŞƏTLİ ETİRAFLAR: Cəkiclə vururdular

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Türkiyədə “Adnan Oktar mütəşəkkil cinayətkar dəstəsi”nin başçısı Adnan Oktarın əsarətindən xilas olan qadınlar “Sunday Times” qəzetinə etiraflar ediblər.

Metbuat.az xəbər verir ki, qadınların sözlərinə görə, onlar dəhşətli işgəncələrə məruz qalıblar. Seda İşıldar adlı qadın 16 yaşında olarkən cinsi istismara məruz qaldığını ifadə edib. O bildirib ki, narkoz qəbul etmədən plastik əməliyyata məcbur edilib. Qadın plastik əməliyyat zamanı onun burnuna tibbi çəkiclə endirilən zərbələri xatırladığını ifadə edib. Qadın bildirib ki, 30 yaşında olarkən onu Adnan Oktarla evlənməyə məcbur ediblər. Seda İşıldar 8 il sonra Adnan Oktarın qrupundan xilas olmağı bacarıb.

Adnan Oktarın dəstəsinə 24 yaşında qatılan Ceylan Özgül isə bildirib ki, onlara sanki həbsxana həyatı yaşadılıb. Özgül əvvəllər hər şeyin normal olduğunu zaman keçdikcə Oktarın pis əməllərinin üzə çıxdığını ifadə edib. Qeyd edək ki, Adnan Oktar ötən il həbs edilib. Ona 1075 il iş kəsilib.




Rüya tabirlerini burdan oku

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu