Adranik Tevanyan belə həbs edildi
Ermənistan polisi sentyabrın 22-də səhər saatlarında müxalifət liderlərindən sayılan, “Ana Ermənistan” Partiyasının sədri Andranik Tevanyanı saxlayıb.
Metbuat.azxəbər verir ki, bu barədə erməni teleqram kanalları məlumat yayıb.
Tevanyan Qarabağın Azərbaycanın ərazisi olaraq tanınmasına qarşı çıxıb. O, son günlər İrəvanda hökumətə qarşı keçirilən etiraz aksiyasının təşkilatçılarından biridir.