fbpx

ADY bu istiqamətlər üzrə reyslərin sayını artırıb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2023-2024-cü tədris ilinin başlanması ilə əlaqədar Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə səhər saatlarında 2 reys, axşam saatlarında 1 reys, Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə isə axşam saatlarında 1 reys əlavə olunub.

Metbuat.az xəbər verir ki, bu barədə ADY-dən bildirilib.

Sumqayıt-Xırdalan-Bakı marşrutu üzrə səhər saatlarında 2 reys, Sumqayıt-Pirşağı-Bakı marşrutu üzrə isə axşam saatlarında 2 reys əlavə olunub.

Rüya tabirlerini burdan oku

Sentyabrın 8-dən Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən şəhərətrafı sürət elektrik qatarları yenilənmiş hərəkət qrafiki üzrə fəaliyyət göstərəcək. Eyni zamanda ilk dəfə olaraq sərnişinlərin istəkləri nəzərə alınaraq qeyri-iş günləri üçün də xüsusi qrafik hazırlanıb. Yeni qrafikə əsasən qatarlararası interval azaldılıb və hər iki istiqamət üzrə ümumilikdə əlavə 8 reys təyin olunub”, – məlumatda deyilir.

Bildirilir ki, ADY mütəmadi olaraq rəy və təkliflərin öyrənilməsi üçün sərnişinlər arasında sorğu keçirir və bu sorğulara əsasən xidmət səviyyəsini yüksəldir. Qrafikdə edilmiş dəyişikliklər həm sərnişin sıxlığının qatarlar üzrə bərabər paylanılmasına və turniketlərdən keçid zamanı yarana biləcək sıxlığın əhəmiyyətli dərəcədə azaldılmasına imkan yaradacaq, həm də gün ərzində daha çox sərnişinin daşınmasını mümkün edəcək.

Yenilənmiş hərəkət cədvəlini www.ady.az ünvanından, Bakı Dəmiryol Vağzalının və Abşeron dairəvi dəmir yolu marşrutu üzrə bütün stansiya və dayanacaqlardan, elektrik qatarların monitorlarından, həmçinin sosial media hesablarımızdan əldə etmək mümkündür.

Qeyd edilir ki, ADY sərnişindaşımada xidmət keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində əlavə tədbirlər planlaşdırır. Bu ilin sonu, gələn ilin əvvəlində ümumilikdə 10 yeni sürətli sərnişin qatarının ölkəyə gətirilməsi Abşeron dairəvi dəmir yolu xətti üzrə əlavə reyslərin təyin edilməsində önəmli dəstək göstərəcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#ADY #istiqamətlər #üzrə #reyslərin #sayını #artırıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu