AFFA 3 klubu cəzalandırdı
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
BEY.AZ xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının X turunda yaşananlara hüquqi qiymət verilib.
“Neftçi” – “Səbail” matçının 81-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Edvin Kuç rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. O, 1 oyun cəzalanıb. Klub 1000 manat cərimə edilib. Bu görüşün fasiləsində meydançaya kənar şəxs daxil olduğuna görə “Neftçi” 800 manat ziyana düşüb.
“Zirə” – “Sabah” matçının 45+4-cü dəqiqəsində qonaqların köməkçi məşqçisi Saşa Sablyak oyunun bərpasını ləngitdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Çalışdırıcı 1-i şərti olmaqla 2 oyun cəzalanıb. Klub 1000 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.
“Sumqayıt” – “Turan Tovuz” görüşünün 2-ci hissəsinin startı qonaqlar meydançaya gec çıxdığına görə yubanıb. Buna görə “Turan Tovuz” 1500 manat ödəməli olacaq.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |