AFFA İntizam Komitəsi cəzaları açıqladı
BEY.AZ informasiya agentliyi xəbər verir
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Metbuat.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən müxtəlif turnirlərlə bağlı aşağıdakı qərarlar qəbul olunub:
U-11 Liqasının VI turunun “Sumqayıt” – “Zirə” FK oyununda “Zirə”nin baş məşqçisi İlqar Qaziyev sarı vərəqə aldıqdan sonra komandasını meydandan çıxardığına görə “Zirə”yə 0:3 hesabı ilə texniki məğlubiyyət verilib. “Zirə”nin baş məşqçi İlqar Qaziyevə xəbərdarlıq edilib. Əgər bu və ya digər negativ hallar təkrarlanarsa, həmin şəxs barəsində daha ciddi sanksiyalar tətbiq olunacaq.
U-14 Liqasının VI turunun “Xəzri” İK – “Lion” PFK oyununda “Xəzri”nin oyunçuları – Məhəmməd Həsənovla Turan Abdulzadə təcavüzkar davranış (kütləvi qarşıdurma zamanı rəqibin əl ilə vurulması) göstərdiklərinə görə qırımızı vərəqə ilə meydandan kənarlaşdırıldıqları üçün 3 oyun cəzalanıblar. “Lion”un oyunçusu Heydər İsmayılov da təcavüzkar davranış (kütləvi qarşıdurma zamanı rəqibin əl ilə vurulması) göstərdiyinə görə qırımızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.
U-14 Liqasının VI turunun “Baku Sporting” FK – “Record Club” oyununda “Baku Sporting”in məşqçisi təhqiredici sözlər işlətdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.
U-14 Liqasının VI turunun “Sumqayıt” FK – “Sabah” FK oyununda “Sumqayıt”ın oyunçusu Nurlan Quluzadə ikinci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
U-16 Liqasının IX turunun “Qarabağ” – “Səbail” oyununda “Səbail”in futbolçusu Raul Məmmədov qeyri idman hərəkəti etdiyinə görə ikinci dəfə xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
U-16 Liqasının IX turunun EFA – “Sabah” oyununda “Sabah”ın futbolçusu Tunar Mehdizadə aqressiv davranış etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. EFA-nın futbolçusu Cavid Əfəndiyev aqressiv davranış göstərdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.
U-16 Liqasının IX turunun “Neftçi” – “Şamaxı” oyununda “Şamaxı”nın futbolçusu Məcnun Bağırov komanda yoldaşını təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.