fbpx

AFFA İntizam Komitəsi “Sabah” – “Neftçi” oyunu ilə bağlı cəzaları açıqlayıb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


AFFA İntizam Komitəsi “Sabah” və “Neftçi” komandaları arasında keçirilmiş Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu (1:3) ilə bağlı cəzaları açıqlayıb.

Metbuat.az xəbər verir ki, baş vermiş insident səbəbindən meydan sahibləri ümumilikdə 23 200 manat, qonaqlar isə 5 600 manat cərimə olunublar.

“Sabah” 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün 800 manat cərimələnib.

Rüya tabirlerini burdan oku

Oyunun 75-ci dəqiqəsində “Sabah”ın yarımmüdafiəçisi Aleksey İsayev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb. Klub isə 3 200 manat cərimə olunurb.

“Sabah”ın qapıçısı Səlahət Ağayev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşarkən azarkeşlərə qarşı təhqiredici hərəkət etdiyi üçün 3 oyun şərti olmaqla 6 oyun cəzalanıb. Klub 4 800 manat ziyana düşüb. Bundan ba Zurab Oçiqava həm “Neftçi”nin yarımmüdafiəçisi Eddi İsrafilova qarşı təcavüzkar davranışa, həm də hakimə qarşı təhqiredici hərəkət etməsinə görə 3 oyun şərti olmaqla 6 oyun cəzalanıb. Klub 6400 manat cərimə olunub.

“Sabah”ın müdafiəçisi Amin Seydiyev İsrafilova qarşı təcavüzkar davranışa görə 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, klub 3200 manat cərimələnib. Hər 4 oyunçu üçün sınaq müddəti 3 ay təyin olunub.

“Sabah”ın baş məşqçisi Murad Musayev texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəza alıb. Rusiyalı mütəxəssis klubu 800 manat ziyana salıb.

Meydan sahiblərinin azarkeşləri kütləvi şəkildə təhqiramiz ifadələr işlətdiyi üçün klub 4 000 manat cərimə ödəyəcək. Eyni qərar qonaq komandaya da şamil olunub. Həmçinin “Neftçi” fanatları meydana kənar əşyalar adıqları üçün klub 1 600 manat cərimə olunub.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu