fbpx

AFFA “Kəpəz”in 3, “Zirə”nin 2 futbolçusunu cəzalandırıb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


AFFA İntizam Komitəsi “Kəpəz”in 3, “Zirə”nin 2 futbolçusunu cəzalandırıb.

Metbuat.az xəbər verir ki, komitənin bu gün keçirilən iclasında Premyer Liqanın XVIII turunda baş tutan “Zirə” – “Kəpəz” matçında qeydə alınan neqativ hallara hüquqi qiymət verilib.

Gəncə klubunun oyunçularından Elçin Əlicanov və Giorgi Kantariya görüş zamanı, Mixeil Erqemlidze isə qarşılaşmadan sonra qırmızı vərəqə aldığı üçün 1 oyunluq diskvalifikasiyaya məruz qalıb.

Rüya tabirlerini burdan oku

İntizam Komitəsi, həmçinin, bölgə təmsilçisini 6200 manat məbləğində cərimələyib. Bu cərimənin 4800 manatı bir görüşdə 3 qırmızı vərəqə olduğu üçün kəsilib.

“Zirə”dən isə Coşqun Diniyevlə Nemanya Ancelkoviç qırmızı vərəqə aldıqları üçün 2023-cü ilin ilk oyununu buraxmalı olacaqlar. Ancelkoviçdən fərqli olaraq, Diniyevin cəzası 2 matçı əhatə edəcək. Eyni zamanda, bakılılar 2600 manat məbləğində cərimə ödəməli olacaqlar.

Qeyd edək ki, “Zirə” – “Kəpəz” oyunu 2:2 hesabı ilə başa çatıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#AFFA #Kəpəzin #Zirənin #futbolçusunu #cəzalandırıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu