fbpx

Ağacların qanunsuz kəsilməsinə görə 5 cinayət işi başlanıb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən ətraf mühitin qorunması sahəsində hüquqpozmaların qarşısının alınması, aşkar edilməsi və araşdırılması sahəsində aidiyyəti səlahiyyətli qurumlarla birgə fəaliyyəti davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən Metbuat.az-a verilən xəbərə görə, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən Sumqayıt, Xaçmaz, Lənkaran və Lerik rayonlarının ərazilərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılmış araşdırma nəticəsində 5 cinayət işi başlanılıb.

Belə ki, dövlət mülkiyyətində olan, xüsusilə də qorunan ərazilərdə, həmçinin bələdiyyələrin mülkiyyətində olan ərazilərdə və meşə fonduna aid olan ağacların kəsilməsi faktları təsdiqini tapıb. Qanunsuz ağackəsmə hallarına aidiyyəti vəzifəli şəxslərin yaşıllıqların mühafizəsi sahəsində üzərlərinə düşən vəzifələrin icrasına səhlankar yanaşması nəticəsində yol verilməsi müəyyən edilmişdir. Cinayət işləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1, 259.2.4 (qanunsuz ağac kəsmə) və 314.1 (səhlənkarlıq) maddələri ilə başlanılaraq istintaqın aparılması üçün rayon və şəhər prokurorluqlarına, eləcə də daxili işlər orqanlarının istintaq bölmələrinə göndərilib.

Rüya tabirlerini burdan oku





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu