Ağadadaş Ağayev məhkəməyə gəldi
Xalq artisti Ağadadaş Ağayevin cinayət işi ilə bağlı məhkəmə prosesi Binəqədi rayon Məhkəməsində keçiriləcək.
BEY.AZ xəbər verir ki, cinayət işinə dair təqsirləndirilən Ağadadaş Ağayev artıq məhkəməyə gəlib, prosesin yaxın dəqiqələrdə başlayacağı gözlənilir.
Qeyd edək ki, cinayət işində təmizlikçi Nəzakət Paşayeva və Nurəddin Cəlilov zərərçəkən qismində tanınıblar. Xalq artisti Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, yəni “silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq törətmə” ittihamı ilə təqsirli bilinir.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |