fbpx

Ağadadaş Ağayev uzun müddətdən sonra görüntüləndi

BEY.AZ informasiya agentliyi xəbər verir


Xalq artisti Ağadadaş Ağayev aparıcı Hacı Nuranla Türkiyədə görüntülənib.

Metbuat.az xəbər verir ki, bu barədə aparıcı instaqram hesabında fotolar paylaşıb.

Hacı Nuran qeyd edib ki, o, müğənni ilə Türkiyədə görüşüb, onun səhhəti ilə maraqlanıb. Onun sözlərinə görə, Ağadadaş Ağayev yenidən efirlərə qayıtmağı planlaşdırır: “İlk olaraq məni “Xarıbülbül – Şuşa” voleybol klubunun prezidenti seçildiyim üçün məni təbrik etdi, fəxr elədi. Onun gümrah olmağı məni də çox sevindirdi. Mən qardaşım Ağadadaş Ağayevi xəstəliklə mübarizə aparacağına və qalib gələcəyinə inanırdım. Budur, o indi qarşımda çox gümrah dayanmışdı. Onunla bir xeyli gəzdik, dəniz havası udduq, azan vaxtı bir-birimizə dua etdik. Ağadadaş Ağayev yeni mövsümdən yeni işləri, yeni planları barədə danışdı. Xəstəliyinə görə bir çox layihələri axsasa da indi işinin başına dönməyi planlaşdırır. Hətta dediyinə görə, yazdırmaq istədiyi bir çox yeni mahnıları da var”.

Qeyd edək ki, müğənni uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkib və 2021-ci ildə Türkiyədə üç dəfə əməliyyat olunub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ağadadaş #Ağayev #uzun #müddətdən #sonra #görüntüləndi

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin