fbpx

Ağcəbədidə maddi-mədəniyyət nümunələri aşkar edilib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

Ağcəbədi rayonunun İmamqulubəyli kəndinin yaxınlığında yerləşən ölkə əhəmiyyətli arxeoloji abidələr kimi daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxil olan “Ədiltəpə yaşayış yeri”ndən bir ədəd küp və rayonun Hindarx qəsəbəsində yerləşən “Qazantəpə” kurqandan bir ədəd həvəng aşkar olunub.

Bu barədə Metbuat.az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, Maddi-mədəniyyət nümunələri Gəncə Regional İdarəsinin Ağcabədi rayonu üzrə abidə mühafizəçiləri Kamil Quliyev və Elçin Abdullayev tərəfindən həmin arxeoloji abidələrə baxış keçirərkən aşkar edilib.

Rüya tabirlerini burdan oku

Müəyyən edilib ki, yağış sularının təsiri nəticəsində “Ədiltəpə yaşayış yeri”nin kiçik bir hissəsində sürüşmə baş verib. Sürüşmə ilə əlaqədar arxeoloji abidənin yaxınlığında gildən hazırlanmış, qara rəngli, hündürlüyü 22 sm, eni 19 sm olan su qabı yer üzünə çıxıb.

Mütəxəssislərin bildirdiyinə görə su qabı e.ə VII-VI əsrlərə aiddir. Həvəng isə Tunc dövründən Orta əsrlərə qədər istifadə olunub.

Abidə mühafizəçiləri hər iki maddi-mədəniyyət nümunəsini zədələmədən Gəncə Regional İdarəsinə təhvil veriblər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu