Ağcabədidə qanunsuz küçə ticarəti ilə məşğul olan 23 nəfər aşkarlanıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı qanunsuz küçə ticarəti ilə məşğul olan və məişət tullantılarını kənar yerlərə atan şəxslər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Metbuat.az-a verilən məlumata görə, Ağcabədi RPŞ-nin əməkdaşlarının keçirdiyi tədbirlərlə qanunsuz küçə ticarəti ilə məşğul olan 23 nəfər, məişət tullantılarını urnalardan kənara atan 10 nəfər müəyyən edilib.
Həmçinin tədbirlər zamanı qanunla qadağan edilən yerlərdə tütün məmulatlarından istifadə edən 6 nəfər aşkarlanıb.
Qeyd edilən qayda pozuntuları ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati qaydada protokollar tərtib olunub.
“Bu istiqamətdə tədbirlər davam etdiriləcək”, – məlumatda qeyd olunub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.