Ağdama dolu yağdı – FOTO / VİDEO
BEY.AZ informasiya agentliyi xəbər verir
Ölkəmizdə son günlər soyuq hava şəraiti hökm sürür. Regionlarda və Bakıda yağış, dolu yağıb, küləkli hava şəraiti hökm sürüb.
Metbuat.az-ın qaynar xəttinə göndərilən videoda Ağdama yağan dolunun görüntüləri əks olunub.
Qeyd edək ki, Qara dəniz üzərində formalaşan siklonun ölkə ərazisinə daxil olması nəticəsində mayın 19-u axşam qərb rayonlarından başlayaraq hava şəraiti dəyişib, küləkli, yağıntılı olub. İntensiv yağıntılar Böyük Qafqazın bəzi yerlərində 15-21 mm-dək qeydə alınıb: “Şimal-qərb küləyi bəzi bölgələrdə 25-30 m/s, Bakıda və Abşeron yarımadasında isə 25 m/s-dək güclənib. Bu gün ərzində küləyin davam edəcəyi, maksimal sürəti 15-20 m/s, arabir 25-30 m/s olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq. Küləkli və yağıntılı hava şəraiti mayın 21-i səhər saatlarınadək davam edəcək.
Mayın 21-i gündüz, 22-də Bakıda və Abşeron yarımadasında, bölgələrdə havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu tədricən yüksələcək.
Həmin görüntüləri təqdim edirik:
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.