fbpx

Ağır qəzada ölən Cavidin FOTOSU



Oktyabrın 30-na keçən gecə paytaxtın Binəqədi rayonunda marşrut avtobusu ağır qəza törədib.

BEY.AZ Qafqazinfo-ya istinadən xəbər verir ki, marşrut avtobusunun törətdiyi qəzada ölən Cavid Məmmədov özəl şirkətlərin birində çalışırmış.

Hadisə zamanı onun olduğu “Opel Corsa” markalı avtomobilin sürücüsü Azər Əyyubov da vəfat edib.

Bildirilir ki, hadisəni törədən “Karsan” markalı avtobusun sürücüsü Əkbər Mehdiyev saxlanılıb.

Belə ki, qəza zamanı onun idarə etdiyi avtobusla Binəqədi şosesi ilə Zəngəzur küçəsinin kəsişməsində işıqforun qırmızı işığında hərəkətini davam etdirməsi məlum olub. Nəticədə avtobus yaşıl işıqla öz yoluna davam edən “Opel Corsa” markalı avtomobilə çırpılıb. İdarəetmədən çıxan avtomobilin hərəkətdə olan “Changan” və “Hyundai Santa Fe” markalı avtomobillərə çırpılması nəticəsində zəncirvari qəza baş verib.

“Opel Corsa”nın sürücüsü Azər Mirzəxan oğlu Əyyubov və sərnişini Cavid Mahir oğlu Məmmədov qəza yerində həlak olub. “Changan”ın sürücüsü Babək Orucov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin