Ağır qəzaya düşən qardaşlar komadadırlar
Hacıqabul rayonunda ağır yol qəzasında xəsarətlər alan iki nəfərin şəxsiyyəti məlum olub.
BEY.AZ Report-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində rayonun Muğan kənd sakinləri, 1992-ci il təvəllüdlü Quluzadə İmran Nəbi oğlu və onun qardaşı, 1985-ci il təvəllüdlü Quliyev Anar Nəbi oğlu xəsarətlər alıb.
Xəstəxanaya yerləşdirilən qardaşlar koma vəziyyətindədirlər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |