fbpx

Ağır qəza törədən blogeri bu cəza gözləyir

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, bloger, sosial şəbəkələrdə “Nikosayağı” kimi tanınan Nicat Şakirli idarə etdiyi “Porsche” markalı avtomobillə Heydər Əliyev prospektində Ramiz Aivazovun idarə etdiyi yük maşınına çırpılıb.

Nəticədə avtomobildə olan Nicat Şakirlinin dostu, Gəncə şəhər sakini, 1996-cı il təvəllüdlü Ruslan Məmmədov ölüb. Sürücü Nicat Şakirli və Fəxri Rüstəmov TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar. Nicat Şükürlünün qolu amputasiya olunub, reanimasiyadadır. Hadisə yerinə kömək etmək üçün gələn vətəndaş Fəxri Rüstəmov xəsarət alıb. Nəqliyyatın hərəkətinin tənzimləməyə çalışan polis əməkdaşını isə maşın vurub.

Bəs sürücü Nicat Şakirlini qəza səbəbilə hansı cəza gözləyir?

Rüya tabirlerini burdan oku

Metbuat.az “Sfera.az”a istinadən bildirir ki, vəkil Mehman Muradlı ekspertiza rəyindən sonra məsələnin aydınlaşacağını qeyd edib:

“Sürücü əgər sükanda olarkən içkili vəziyyətdə olubsa, bu zaman onu 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Əgər sürücü sükan arxasında içkili olmayıbsa, bu zaman 2 ildən 6 ilədək azadlıqdan məhrum edilə bilər. Ekspertiza rəyindən sonra tətbiq ediləcək cəza arta, yaxud azala bilər”.

Vəkil sözügedən hadisə ilə bağlı azadlıqdan məhrumetmə cəzasına alternativ olaraq cərimə tətbiqinin qanunla nəzərdə tutulmadığını da qeyd edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ağır #qəza #törədən #blogeri #cəza #gözləyir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu