fbpx

Ağır xəstəlikdən əziyyət çəkən aktyor yığılan puldan imtina etdi

BEY.AZ informasiya agentliyi xəbər verir


“Pulun tam yığıldığını biləndə, özünüz də evdəki çığırtımın şahidi oldunuz. 15 saniyəyə bütün qonşular bizim həyətə toplaşdılar. Süfrələr açıldı, çaylar içildi. Hətta rayondan belə qonaqlar gəldi. Onlar gecə saatlarına qədər oturdular. Hamı gedəndən sonra mən tək qaldım. Oğlum İltifatın otağına daxil oldum. Gördüm ki, o mışıl-mışıl yatır. Ona baxa-baxa sizin verilişə gəldiyim gündən həmin saniyəyə qədər nələr yaşamışam, neçə çığırmışam, sevinmişəm. Hamısı gözümün önündən lent kimi getdi”.

Metbuat.az xəbər verir ki, Bu sözləri qaraciyər sirrozundan əziyyət çəkən Elvin Ağayev “Səni axtarıram” verilişində deyib.

Elvin onun üçün yığılan 50 min dollar puldan imtina edib. O, pulu xəstəlikdən əziyyət çəkən və verilişə pənah gətirən uşağın müalicəsinə verəcəyini açıqlayıb.

“Mənim 36 yaşım var. Neçə-neçə bayramlar görmüşəm. Xarici ölkələr gəzmişəm. Amma xəstəliklərdən əziyyət çəkən körpələr heç nə görməyiblər. Mənimki bura qədər imiş. Bu pulu təqdim edirəm Ceyhuna. Qoy, o uşaq yaşasın”.

Lakin Ceyhunun ailəsi bu pulu qəbul etməyib.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin